Cənab Prezidentimiz İlham Əliyev aprelin 13-də "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı ADA Universitetində təşkil olunan konfransda iştirak edib. Həmin konfransda bu universitetin Prezidentimiz tərəfindən təsis edildiyi və təhsilə necə önəm verdiyi nəzərə çatdırılıb. İlham Əliyev öz çıxışında müharibədən sonrakı vəziyətin həssas olduğunu, atəşkəsə əməl olunsa da, sonrakı vəziyyətin inkişafı ilə bağlı suallar olduğunu deyib. Bildirib ki, Biz Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri, Xocalı soyqrımını və günahsız qurbanların xatirəsini unuda bilmərik heç vaxt, bu bizim yaddaşımızda yaşayacaq. Ama biz artıq gələcəyə baxmalıyıq. Ermənilərin bizim kənd və şəhərləri necə viran qoyduqlarını gözlərimizlə gördük, onlar istəyirdilər ki, Azərbaycan mədəniyətinin izini itirsinlər, ancaq alınmadı. Biz münaqişədən sonrakı dövrdə inkişafımız barədə planlaşdırmalar aparırıq və yerinə yetirməyə başlamışıq da. Cənab Prezident bununla çıxışını sona çatdırır. Biz Prezidentimizə Azərbaycanın inkişafı ilə bağlı apardığı işlərə görə minnətdarıq. İnanırıq ki, tez bir zamanda Qarabağ abadlaşacaq və keçmiş məcburi köçkünlər öz doğma yurd yerlərində firavan həyat yaşayacaqlar. Məqaləni hazırladı: Xəzər Mirzəyev,ADAU-nun I kurs tələbəsi